AZ

Nazilə Səfərli sürücünü tənqid etdi, özü hədəfə çevrildi

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Şairə Nazilə Səfərli tənqid olunub.

Qaynarinfo xəbər verir ki, buna səbəb onun sükan arxasında yüksək səslə musiqi dinləyən sürücünü danlaması olub.

"Musiqinin səsini aşağı elə. Təzə almısan? Təzə alana oxşayırsan. Bu, ictimai asayişdir. O səsdən bizdə də var. Özünü kimə göstərirsən? Ehtiyac duyursan?” – deyə şairə sürücüyə ictimai asayişi pozduğunu xatırladıb. 

Şairə sözügedən videonu sosial şəbəkə hesabında paylaşıb. Lakin Nazilə SƏfərlinin bu davranışı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və tənqid edilib. İzləyicilər onun saqqız çeynəyərək digər sürücü ilə ünsiyyət qurmasını mədəniyyətsizlik kimi qiymətləndiriblər: "Başqasına məsləhət verərkən əvvəlcə öz davranışımıza diqqət etməyi bacarmalıyıq. Əvvəlcə vətəndaşa müraciət formasını öyrənin”.

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
qaynarinfo.az

1Mənbələr