AZ

"Amerika gözləyir ki, İsrail “Hizbullah”ı məhv etsin" -AÇIQLAMA

Bildiyimiz kimi, ABŞ və İran arasında 8 apreldə əldə edilən atəşkəs elə həmin gün İsrail tərəfindən pozulub.

Redaktor.az məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadənin fikirlərini təqdim edir:

"İran çox gözəl bilir ki, Amerikanın və İsrailin məqsədi müqavimət qüvvələrini parçalamaq, onları bir-bir zəiflədib məhv etməkdir. Bir tərəfdən İrana deyirlər ki, atəşkəs var, digər tərəfdən isə müqavimət hərəkatının tərkib hissəsi olan Livanı bombalayırlar. “Hizbullah” tək qalanda İsraillə bacarmır. Amerika özünü karlığa və korluğa vurur, guya atəşkəsin maddələrini anlamır. Eyni zamanda Amerika gözləyir ki, İsrail “Hizbullah”ı məhv etsin. İran da deyir ki, atəşkəs yoxdursa, mən də vuracam və həqiqətən vurur".

Aytəkin TOFİQQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr