AZ

Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə HƏYATINI İTİRDİ

Qazaxda yol nəqliyyat qəzası piyadanın ölümü ilə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qazax şəhəri, Səməd Vurğun küçəsində baş verib.
 

2000-ci il təvəllüdlü Anar Kazımov idarə etdiyi özünə məxsus "BMW" markalı avtomobillə həmin küçədə hərəkətdə olan zaman yolu qarşı tərəfə keçən piyada, 1952-ci il təvəllüdlü İsmayılov Faiq Məcid oğlunu vurub.


Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
29
bizim.media

1Mənbələr