AZ

Endryu Robertson “Liverpul”u tərk edəcək – Rəsmi – ARENA.AZ

“Liverpul”un şotlandiyalı sol cinah müdafiəçisi Endryu Robertson cari mövsümün sonunda İngiltərə klubundan ayrılacaq.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.

31 yaşlı futbolçunun “Liverpul”la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Tərəflər arasında yeni sözləşmənin imzalanmaması qərara alınıb.

Britaniya mətbuatının iddiasına görə, artıq bir necə klub, xüsusilə “Tottenhem” oyunçunu azad agent statusu ilə heyətinə qatmağa çalışır.

Xatırladaq ki, Endryu Robertson 2017-ci ildən “Liverpul”un formasını geyinir. 31 yaşlı oyunçu bu komandanın heyətində indiyə qədər 373 matça çıxıb, 13 qola imza atıb, 69 məhsuldar ötürmə verib.

Robertson “Liverpul”la bütün mümkün klub titullarına sahib çıxıb. O, daha öncə KPR, “Dandi Yunayted” və “Hall Siti” klublarının da formasını geyinib.

Kapitanı olduğu Şotlandiya yığmasında 92 matçda 4 dəfə fərqlənmiş müdafiəçi, 12 məhsuldar ötürmə də verib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
34
7
arena.az

10Mənbələr