AZ

ŞOK: ABŞ NATO-dan çıxsa, görün nələr baş verəcək…

ABŞ Prezidenti Donald Trampın ölkəsini NATO-dan çıxarmaq niyyəti ilə bağlı səsləndirdiyi fikirlər qlobal təhlükəsizlik sistemində ciddi suallar doğurur. Vaşinqtonun alyans daxilində artan narazılığı və müttəfiqlərlə münasibətlərdə müşahidə olunan gərginlik bu ehtimalları daha da aktuallaşdırır.

Bəs, doğrudan da ABŞ NATO-dan çıxa bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, NATO-nun əsas aparıcı qüvvəsi məhz ABŞ-dır.

Hərbi

“Alyansın büdcəsinin böyük hissəsi Vaşinqton tərəfindən qarşılanır və ABŞ-ın hərbi potensialı NATO-nun ümumi gücünün təxminən yarısını təşkil edir.

Bu amillər fonunda ABŞ-ın tələb və təkliflərinə laqeyd yanaşan NATO üzv ölkələri artıq münasibətlərdə gərginliyi hiss etməyə başlayıblar.

Belə bir addım – yəni ABŞ-ın NATO-dan çıxmaq niyyəti artıq müəyyən qədər hiss olunur. Lakin düşünürəm ki, bu, yaxın perspektivdə baş verəcək proses deyil.”

Ə. Verdiyevin sözlərinə görə, gələcəkdə vəziyyətin inkişafı konkret siyasi qərarlardan asılı olacaq.

“Xüsusilə, NATO-nun ABŞ-ın strateji təşəbbüslərinə – o cümlədən Hörmüz boğazı ilə bağlı məsələlərdə dəstək verib-verməməsi həlledici rol oynaya bilər. Əgər NATO ABŞ-ın bu kimi təkliflərinə müsbət cavab verməzsə və dəstəyini göstərməzsə, Vaşinqton da öz növbəsində alyansa dəstəyini azalda bilər. Bu isə daha uzaq perspektivdə ABŞ-ın NATO-dan çıxması ilə nəticələnəcək. Praktiki baxımdan bu, mümkündür”, – deyə ekspert vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
6
1
konkret.az

2Mənbələr