AZ

Ermənistanın Rusiya ilə yeganə yolu BAĞLANDI – Nə baş verir?

Ermənistanı Rusiya ilə birləşdirən yeganə strateji quru marşrutu olan “Yuxarı Lars” keçid məntəqəsində nəqliyyatın hərəkəti tamamilə iflic olub. Gürcüstan üzərindən keçən bu yol təbiət hadisələri səbəbindən bütün növ nəqliyyat vasitələri üçün qapadılıb.

NOCOMMENT.az xəbər verir ki, Gürcüstanın Avtomobil Yolları Departamentinin yaydığı rəsmi məlumata görə, Mtsxeta-Stepantsminda-Lars magistralının Qudauri-Kobi hissəsində güclü qar uçqunu təhlükəsi yaranıb. Sakinlərin və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yolda hərəkət müvəqqəti olaraq tam qadağan edilib.

Xatırladaq ki, bu yol Ermənistanın xarici ticarəti və tədarük zənciri üçün həyati əhəmiyyət kəsb edir. Hazırda keçid məntəqəsinin hər iki tərəfində yüzlərlə yük və minik avtomobilinin toplandığı bildirilir. Hava şəraiti imkan verən kimi yolun təmizlənərək yenidən açılacağı gözlənilsə də, hazırda ərazidə riskli vəziyyət davam edir.

Sara
NOCOMMENT.az

Seçilən
35
nocomment.az

1Mənbələr