AZ

Britaniyanın Baş naziri Trampın İranla bağlı bu sözünə etiraz edib

Britaniya Baş naziri Kir Starmer ITV-yə verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamasına etiraz edib.

Azpost.info-nun məlumatına görə, Starer Trampın “bütün bir sivilizasiya məhv olacaq” ifadəsini nəzərdə tutaraq “mən belə bir ifadə işlətməzdim” deyib.

Britaniya Baş nazirinin sözlərinə görə, Birləşmiş Krallığın öz prinsipləri, öz dəyərləri var və biz etdiyimiz hər şeydə bunlara əsaslanır.

O, İranda müharibəyə girməmək və bunun əvəzinə ABŞ-ın Britaniya hava bazalarından yalnız müdafiə məqsədləri üçün istifadə etməsinə icazə vermək arqumentlərində bu prinsiplərə əsaslandığını qeyd edib.

Starmer əlavə edib ki, atəşkəs ABŞ Prezidenti Donald Trampın İrana boğazı açmaq üçün son tarix verdiyi üçün əldə edilib.

AzPost.az

Seçilən
12
azpost.info

1Mənbələr