AZ

BMT rəsmisi: Azərbaycan 2026-cı ildə Dünya Şəhər Forumuna ev sahibliyi edəcək

Azərbaycan 2026-cı ildə Dünya Şəhər Forumuna ev sahibliyi edəcək. Bu, qlobal miqyasda mühüm hadisədir. Birləşmiş Millətlər Təşkilatı uğurlu və təsirli tədbirin keçirilməsi üçün bütün sistem üzrə dəstək göstərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafulik BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.

O qeyd edib ki, 13-cü Dünya Şəhər Forumu Azərbaycanın davamlı şəhər inkişafı, iqlimə davamlılıq və inklüziv artım sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək, eyni zamanda beynəlxalq tərəfdaşlıqları gücləndirmək və davamlı inkişaf məqsədlərini irəli aparmaq üçün unikal imkan yaradır”.

O əlavə edib ki, aprel və may aylarında Azərbaycanda yerli hakimiyyət orqanları ilə Dayanıqlı İnkişaf Məqsədlərinə necə yanaşdıqlarını öyrənmək üçün məsləhətləşmə seminarları təşkil ediləcək:

“Eyni zamanda, niversitetlərdə məlumatlılığın artırılması və yerli dialoqların təşkili üzrə fəaliyyətlər həyata keçiriləcək. Qeyd etmək istərdim ki, əməkdaşlıq çərçivəsinə dair bütün məlumatlar artıq “UN Info” adlı platformada ictimaiyyət üçün açıqdır. Bu, BMT proqramları və xüsusilə maliyyələşmə ilə bağlı məlumatların şəffaflığını və əlçatanlığını təmin edir. Bundan əlavə, 2025-ci il ərzində görülən işlərə dair illik hesabatlar iyun ayına qədər ictimaiyyətə təqdim olunacaq və bu da ümumi nailiyyətlərimizə geniş baxış imkanı yaradacaq".

Seçilən
0
4
teleqraf.com

8Mənbələr