AZ

"Dərnəgül" dayanacağından son görüntülər (FOTO/VİDEO)

Bakı.Trend:

Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək"Dərnəgül" dayanacağında tikinti işləri başa çatmaq üzrədir,ətrafda abadlıq işləri aparılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumataəsasən, bütün işlər yekunlaşdıqdan sonra dayanacaq sərnişinlərinistifadəsinə veriləcək. Dərnəgül ərazisində yaşayanlar rahatşəkildə sürətli elektrik qatarlarından istifadə edərək Bakı DəmirYolu vağzalına və Xırdalana səfər edə biləcəklər.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvidəmiryol marşrutu üzrə Dərnəgül dayanacağının tikintisinə 2025-ciilin iyul ayında başlanılıb. Layihə çərçivəsində dayanacaqda 4 ədədplatforma, 2 ədəd turniket binası, 1 ədəd piyada üst keçidi inşaedilib.

ADY-nin “Dərnəgül” dayanacağından son görüntüləri təqdimedirik:

FOTO: Arif Quluzadə

Seçilən
17
2
az.trend.az

3Mənbələr