Rusiya tərəfi Pasxa bayramı ilə əlaqədar 11 aprel saat 16:00-dan 12 aprel günün sonuna qədər bütün cəbhı boyu atəşkəs elan edib.
Herbiand.az Rusiay mənbələrinə istinadən xəbər verir ki, Prezident Vladimir Putin Rusiya müdafiə naziri Andrey Belousov və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Birləşmiş Qüvvələr Qrupunun komandanı Valeri Gerasimova bu müddət ərzində bütün istiqamətlərdə hərbi əməliyyatları dayandırmağı tapşırıb.
Bununla bağlı Kremlin yaydığı məlumatda Moskvanın qarşı tərəfin də bu addımdasn nümunə götürəcəyinə etdiyi vurğulanıb.