AZ

Premyer Liqa: “Karvan-Yevlax” “Kəpəz”i qəbul edir

BAKI, 10 aprel. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək.

Teleqraf xəbər verir ki, turun açılış oyununda "Karvan-Yevlax" "Kəpəz"lə üz-üzə gələcək.

Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmanı baş hakim Nicat İsmayıllı idarə edəcək. Hazırda Azər Bağırovun komandası 21 xalla turnir cədvəlinin 10-cu, Fizuli Məmmədovun kollektivi isə 8 xalla 12-ci pilləsində qərarlaşıb.

Azərbaycan Premyer Liqası, XXVII tur
10 aprel
15:30. “Karvan-Yevlax” – “Kəpəz”

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Emin Əliyev
AVAR: Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Novruz Əzimov
Yevlax şəhər stadionu

Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq.

Seçilən
42
1
teleqraf.com

2Mənbələr