AZ

Konstitusiya Məhkəməsində Robert Dobrovodskinin başçılıq etdiyi heyəti ilə görüş keçirildi

BAKI, 9 aprel. TELEQRAF

Aprelin 9-da Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Slovakiyanın ombudsmanı Robert Dobrovodskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, qonaqları salamlayan sədr Fərhad Abdullayev Azərbaycan və Slovakiya arasında qarşılıqlı anlaşma və dəstəyin mövcud olduğunu, münasibətlərinstrateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib.

Daha sonra sədr Konstitusiya Məhkəməsinin fəaliyyəti, ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və yeniliklər barədə məlumat verərək, insan hüquqlarının təmin olunması sahəsində məhkəmələrin qarşısında duran vəzifələrin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, konstitusiya hüquqlarının təmin edilməsi sahəsində Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasında səmərəli əməkdaşlığı xüsusi qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Robert Dobrovodski ölkələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirərək,digər sahələrdə olduğu kimi məhkəmə-hüquq sahəsində də bu münasibətlərin inkişafınınvacibliyini nəzərə çatdırıb. Eyni zamanda, ombudsman hər iki ölkənin insan hüquqlarının qorunması sahəsində qazandığı təcrübənin qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açacağını vurğulayıb.

Daha sonra tərəflər arasında gələcək əlaqələrin inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü müzakirə olunub, hüquqi məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Konstitusiya Məhkəməsi Aparatının və Ombudsman Aparatının məsul əməkdaşları da iştirak edib.

Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə şəkilləri çəkdiriblər.

Seçilən
24
3
teleqraf.com

5Mənbələr