AZ

Gözümüz düşməndə, barmağımız tətikdədir

İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya mediaya açıqlamasənda atəşkəs prosesi ilə bağlı dəyərləndirmə edib.

Publika.az xəbər verir ki, o, danışıqlar uğursuz olarsa, uzunmüddətli müharibəyə hazır olduqlarını bəyan edib.

"İran qətiyyətli mövqeyi ilə düşməni atəşkəsi qəbul etməyə məcbur edib. Danışıqların əsas diqqət mərkəzi İranın şərtləridir. Ümid edirik ki, danışıqlar uğurlu olacaq. Əks halda, uzunmüddətli müharibəyə hazırıq. Düşmən nüvə sazişi prosesində etibarlı olmadığını göstərib. Əvvəlki iki danışıqlar raundunda da eyni münasibəti nümayiş etdirib. Gözlərimiz düşməndə, barmağımız tətikdədir ", - deyə Əkrəminiya qeyd edib.

O, parlament tərəfindən Hörmüz boğazından keçid üçün rüsum tətbiq etməklə bağlı hazırlanan qanun layihəsinə də toxunub: "Parlament qərarı ilə Hörmüz boğazına nəzarəti ələ keçirmək bu müharibədə İran üçün iqtisadi qazanc olardı".

Seçilən
25
publika.az

1Mənbələr