Bu arada tanınmış rumıniyalı jurnalist Horia İvanoviçi Luçesku və onun həyatının son anlarına dair maraqlı açıqlamalar verərək bunları deyib:
''Onunla hər gün telefonda danışırdım. Çünki son xəbərləri öyrənməyə çox marağı var idi. Baş verənlərdən daim xəbərdar olmaq istəyirdi. Ona ''tamam Mirça əmi, yenə danışarıq'' deyirdim. O da ''tamam'' dedikdən 10-15 dəqiqə sonra yenə zəng vurardı. Ən son infarkt keçirmədən öncə təxminən saat 19.30 radələrində danışdıq. 5-6 dəqiqə danışdıqdan sonra həkimlər otağına daxil oldu. Onlardan biri telefonu əlinə götürərək mənə Luçeskunun artıq danışa bilməyəcəyini dedi. Son söhbətlərimizin birində mənə bunları dedi: ''Hələ də başıma gələnlərə inana bilmirəm. Dekabrın ortalarına qədər özümə çox yaxşı hiss edirdim. Güclü, istəkli və enerjili idim. Var gücümlə Türkiyə ilə oyuna hazırlaşırdım. Pley-offu keçəcəyimizə əmin idim. Amma anidən vəziyyətim pisləşməyə başladı. Artıq özümü yaxşı hiss etmirdim. Cəmi 3-4 aya bütün sağlamlığım çökdü. Bəzən yaşımın bu qədər böyük olduğuna inana bilmirdim. Qocalıqda insanın yaşadıqları heç də ədalətli deyil. Çox qısa müddətdə özümü bərbad hiss etməyə başladım. Həqiqətən də hər şeyin bu qədər qısa vaxt ərzində pisləşəcəyini təsəvvürümə də gətirmirdim''.
Yeri gəlmişkən, Türkiyədə həftəsonu peşəkar liqalarda baş tutacaq bütün matçlarda Luçeskunun xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.