AZ

Gecə saat 11 dən səhər 7 dək bu prospektlər bağlı olacaq 2 gün

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XIII Sessiyası (WUF13) ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır: 

- Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində;

- Ziya Bünyadov prospektində (“Koroğlu” metro stansiyası istiqamətində). 

İşlərin icra tarixi və müddəti: 9 aprel saat 23:00-dan 10 aprel saat 07:00-dək - 10 aprel saat 23:00-dan 11 aprel saat 07:00-dək 

Göstərilən tarixlərdə: 

- Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq;

- Ziya Bünyadov prospektində isə (“Koroğlu” metro stansiyası istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
39
qafqazinfo.az

10Mənbələr