Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XIII Sessiyası (WUF13) ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.
"Cebheinfo.az" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Göstərilən tarixlərdə Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində nəqliyyat vasitələrinin hərəkəti tam, Ziya Bünyadov prospektində isə (“Koroğlu” metro stansiyası istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunur.
"Cebheinfo.az"