AZ

Milan Qoretzkaya müqavilə təklif etdi

ain.az, Qol.az saytına istinadən bildirir.

"Milan" Qoretzkaya müqavilə təklif etdi

"Bavariya"nın futbolçusu Leon Qoretzka karyerasını İtaliya liqasında davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

"Milan" alman yarımmüdafiəçini transfer etməyi planlaşdırır. Artıq A seriyası təmsilçisi hərəkətə keçib. 

Klub Qoretzkanı azad agent kimi öz sıralarına cəlb etmək üçün mövsümlük ən azı 5 milyon avro maaşla 3 illik müqavilə təklif edib.

Qoretzka "Bavariya"ya 2018-ci ildə "Şalke"dən keçib. Onun Münhen komandası ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Cari mövsüm 31 yaşlı futbolçu "Bavariya"nın heyətində bütün turnirlərdə 39 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
qol.az

2Mənbələr