AZ

Cəlilabadda qısamüddətli peşə təlimləri təşkil olunub

Bakı, 9 aprel, AZƏRTAC

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində bir və üçillik tədris qrupları ilə yanaşı, qısamüddətli peşə təlimləri də təşkil olunur. Hazırda traktorçu və kombaynçı ixtisasları üzrə biraylıq kurslar keçirilir.

Bu barədə AZƏRTAC-a müsahibəsində mərkəzin direktoru Ramil Əmənov deyib. O bildirib ki, qeyd olunan kurslar aprelin 11-də yekunlaşacaq. “Bu kimi qısamüddətli peşə təlimləri vasitəsilə vətəndaşların əmək bazarına uyğun bacarıqlara yiyələnməsi və mövcud tələbatın ödənilməsi hədəflənir. Kursları uğurla başa vuran iştirakçılara dövlət nümunəli sertifikatlar təqdim olunur”, - deyə Ramil Əmənov qeyd edib.

Müxbir – Aysel Azadqızı

Seçilən
26
1
azertag.az

2Mənbələr