AZ

Meloni: Atəşkəsin pozulmasını qətiyyətlə pisləyirik

İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ və İran arasında əldə edilən müvəqqəti atəşkəsdən sonra bildirib ki, İsrailin də daxil olduğu atəşkəs rejimini pozan hər hansı bir halı şiddətlə pisləyirik.

Turkustan.az xəbər verir ki, İtaliyanın Baş naziri Giorgia Meloni hökumətinin səlahiyyət müddətinin başa çatdığını bildirərkən, Yaxın Şərq böhranında İsraildən Livana qarşı hərbi eskalasiyasını dayandırmasını dəfələrlə istədiklərini söylədi.

22-23 mart tarixlərində keçirilən məhkəmə islahatı ilə bağlı konstitusiya dəyişikliyi referendumunda məğlubiyyətindən sonra Meloni parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında koalisiya hökumətinin gələcəyi və Yaxın Şərqdəki böhranla bağlı çıxış edib.

Meloni bildirib ki, referendumda məhkəmə islahatlarının rədd edilməsi ölkənin ehtiyac duyduğu bir fürsəti əldən vermişdi, lakin hökumətin hazırkı yolunda davam edəcəyinə işarə etdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
25
1
turkustan.az

2Mənbələr