AZ

Xaçmazın kənd yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT

Xaçmaz rayonunun Gödəkli kəndi istiqamətində yerləşən və bir neçə kəndi birləşdirən avtomobil yolu ilə bağlı problem yaranıb.

BAKU.WS-ə daxil olan məlumata görə, yolun vəziyyəti pisləşib və sürücülər üçün ciddi risk yaradıb.

Sakinlər bildirir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də həllini tapmayıb.

Qeyd olunur ki, yolda yaranmış nasazlıqlar hərəkəti çətinləşdirir və qəza ehtimalını artırır. Buna baxmayaraq, indiyədək yalnız xəbərdarlıq məqsədilə əraziyə lent çəkilməsi ilə kifayətlənilib, əsaslı təmir işləri isə aparılmayıb.

Seçilən
35
far.az

1Mənbələr