AZ

İran: Müctəba Xameneyi sağlamdır və ölkəni idarə edir

İran: Müctəba Xameneyi sağlamdır və ölkəni idarə edir

İranın Ali Rəhbəri Müctəba Xameneyi özünü yaxşı hiss edir və ölkəni idarə edir.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xatibzadə bəyanat verib. Diplomat Ali Rəhbərin vəziyyəti ilə bağlı şayiələrə son qoyaraq bildirib: "O, sağlamdır və hər şeyi nəzarətdə saxlayır".

Xameneyinin niyə ictimaiyyət qarşısına çıxmaması barədə suala cavab olaraq, XİN rəhbərinin müavini hazırkı son dərəcə təhlükəli vəziyyəti nəzərə almağa çağırıb. O qeyd edib ki, ABŞ bütün beynəlxalq qanunları pozaraq dövlət başçısını qətlə yetirib. Xatibzadə əlavə edib ki, ABŞ-ın İsraildəki tərəfdaşları kim olursa-olsun, hər kəsi öldürməkdən çəkinməyəcəklər.

Qeyd edək ki, bundan əvvəl "The Times" qəzeti əldə etdiyi kəşfiyyat məlumatlarına istinadən xəbər vermişdi ki, Ali Rəhbər müalicə olunur və qərarların qəbul edilməsində iştirak etmir. Rəsmi Tehran isə bu məlumatları qətiyyətlə təkzib edir və rəhbərliyin fəaliyyətini tam gücü ilə davam etdirdiyini vurğulayır.

Seçilən
28
afn.az

1Mənbələr