AZ

MDB dağılır: Moldova təkbaşına təşkilatı tərk etdi və növbəti ölkə Ermənistan ola bilər

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Moldovanın MDB-dən çıxmaqla bağlı qərarı regionda gedən geosiyasi transformasiyaların tərkib hissəsi kimi qiymətləndirilə bilər”.

Bunu Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“SSRİ-nin dağılmasından sonra Rusiya tərəfindən təsis edilən Müstəqil Dövlətlər Birliyi (MDB) əsasən bu regionda siyasi və iqtisadi təsir imkanlarını qoruyub saxlamaq məqsədi daşıyırdı. Lakin son 30 il ərzində MDB tam funksional və effektiv regional təşkilata çevrilə bilmədi. Bunun əsas səbəblərindən biri üzv ölkələrin maraqlarının uzlaşmaması, həmçinin Rusiyanın bu platformada dominant rol oynamaq istəyi ilə bağlıdır.

Bir çox hallarda təşkilat çərçivəsində qəbul edilən qərarlar praktik müstəvidə icra olunmayıb. Həmçinin Rusiyanın üzv ölkələrə qarşı işğal və təzyiq siyasəti bu qurumun inkişafına zərbə vurdu. Rusiya ilə bəzi üzv ölkələr arasında baş verən münaqişələr də MDB-nin zəifləməsinə təsir göstərib. 2008-ci ildə Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə qarşı qəsdi nəticəsində bu ölkə təşkilatı tərk etdi. Artıq Ukrayna da MDB-ni tərk edib”.

Məhəmməd Əsədullazadə əlavə edib ki, Moldovanın MDB-dən uzaqlaşma istiqamətində atdığı addımlar bu tendensiyanın davamı kimi qiymətləndirilə bilər:

“Bu, Rusiyanın post-sovet məkanında təsir imkanlarının əvvəlki səviyyədə olmadığını göstərən amillərdən biridir. Növbəti dəfə MDB tərk edən ölkə Ermənistan ola bilər. N. Paşinyan seçkilərdə qələbə əldə edəcəksə, növbəti mərhələdə rəsmi şəkildə MDB-ni tərk edəcək.

Azərbaycana gəldikdə isə, ölkəmizin bu qurumda qalıb-qalmamaq kimi hər hansı bir problemi yoxdur. Yaxın perspektivdə MDB formal olaraq fəaliyyətinə son verəcək”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
5
icma.az

6Mənbələr