AZ

Vazektomiya proseduru işə YARAMADI: Ailə klinikadan təzminat TƏLƏB EDİR – FOTOLAR

Kazanda cütlük vazektomiyadan (sterilizasiya) sonra valideyn olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Kazanda yaşayan Roman və Dina adlı cütlük, daha övlad sahibi olmamaq qərarına gələrək özəl klinikaların birində kişinin sterilizasiyası (vazektomiya) prosedurundan keçib.

Prosedurdan sonrakı analizlər hamiləlik şansının sıfıra yaxın olduğunu göstərsə də, bir müddət sonra Dina hamilə qalıb.

Klinika baş verən hadisəni “möcüzə” adlandıraraq ailəyə ödədikləri vəsaiti geri qaytarmayıb.

İndi isə cütlük uşağın saxlanılması, yaşayış minimumu və inflyasiya dərəcələrini nəzərə alaraq klinikadan 15 milyon rubl (təxminən 328 000 manat) məbləğində təzminat tələb edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
interpress.az

1Mənbələr