Bakı. Trend:
Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya PrezidentiVladimir Putinlə növbəti görüşü iyun ayına planlaşdırılır.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə o, hökumət iclasından sonrakeçirdiyi brifinqdə deyib.
“Biz növbəti görüşlər, o cümlədən iyunun ikinci yarısına nəzərdətutulan yüksək səviyyəli görüş barədə razılığa gəlmişik”,- obildirib.
Paşinyan qeyd edib ki, aprelin 1-də Putinlə keçirdiyi görüş çoxuğurlu keçib.
“Rusiya ilə münasibətlər konstruktiv transformasiyamərhələsindədir və mən bu prosesi müsbət dəyərləndirirəm. Bizmünasibətlərimizi mehriban dialoq məntiqində qoruyub saxlayacağıq”,- Paşinyan bildirib.