AZ

Azərbaycanda 7 Gülnaz Məşədi İbada ərə gedib

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ötən il 18-29 yaş arasında olan 7 qız 60 və yuxarı yaşda kişilərlə ailə həyatı qurub.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, 2020-2025-ci illər ərzində 18-29 yaş aralığında olanlarla 60 və yuxarı yaşda olan şəxslər arasında ümumilikdə 18 nikah qeydə alınıb.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə yaşı 60-ı ötmüş 840 kişi rəsmi nikaha girib. Belə ki, 2024-cü ildə Azərbaycanda 358 qadın 60 yaşından sonra rəsmi nikaha girib. Onlardan 307-si öz həmyaşıdına ərə gedib.60 yaşı ötmüş qadınlardan bəzilərinin özlərindən xeyli cavan kişiyə ərə getməsi isə əsl qeyri-adi hal sayıla bilər.Belə ki, 2024-cü ildə yaşı 60-ı üstələyən 7 qadın 45-49 yaşlı kişilərə ərə gediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
1
modern.az

2Mənbələr