AZ

Premyer Liqa klubu millini FİFA-ya şikayət etdi

“Vest Hem” Konqo Demokratik Respublikası millisini FİFA-ya şikayət edib.

Msport.az xəbər verir ki, buna klub müdafiəçisi Aaron Van-Bissakanın vaxtında komanda düşərgəsinə qayıtmaması səbəb olub.

27 yaşlı Van-Bissaka əvvəlcə millininin qitələrarası pley-off mərhələsinin finalında Meksikaya qalib gəlməsinə və 1974-cü ildən bəri ilk dəfə dünya çempionatına vəsiqə qazanmasına kömək edib. O, bu tarixi qələbəni qeyd etmək üçün komanda yoldaşları ilə birlikdə paytaxt Kinşasaya yollanıb.

“Vest Hem” rəhbərliyi bu fonda Van-Bissakanın yığmada ləngiməməsi və Londonda keçiriləcək kubok matçına vaxtında çatması üçün xüsusi uçuş təşkil edib. Ancaq oyunçu vaxtında qayıda bilməyib. Nəticədə “Vest Hem” İngiltərə Kubokunun 1/4 final matçını futbolçusuz keçirməli olub və məsələni FİFA səviyəsində həll etməyə qərar verib.

Seçilən
9
2
msport.az

3Mənbələr