40 günlük müharibə ərzində İran və Livandan atılan minlərlə raket və mərmi İsrailə ciddi ziyan vurub.
Publika.az “Ynet” agentliyinə istinadla xəbər verir ki, ölənlərin sayı 42-yə çatıb.
İranın birbaşa zərbələri nəticəsində 22 nəfər, döyüşdə 12 hərbçi, 1 mülki şəxs İsrail əsgərinin səhv atəşi nəticəsində həlak olub və 7 nəfər müharibə ilə əlaqəli qəzalar və ya tibbi insidentlər nəticəsində dünyasını dəyişib.
Səhiyyə Nazirliyi müharibə başlayandan bəri 7451 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.