AZ

Azərbaycanda telekommunikasiya infrastrukturunun xəritələndirilməsi üçün yeni platforma yaradılacaq – EKSKLÜZİV

Azərbaycanda telekommunikasiya sahəsində məlumatların daha səmərəli şəkildə idarə edilməsi və infrastrukturun planlaşdırılması prosesinin təkmilləşdirilməsi üçün yeni rəqəmsal platformanın formalaşdırılması nəzərdə tutulub.

"Report"un əldə etdiyi məlumata görə, telekommunikasiya xidmət təchizatçılarının şəbəkə xətlərinə dair məlumatları vahid mərkəzdə cəmləyən telekommunikasiya infrastruktur məlumat bazasının - "Genişzolaqlı Xəritələndirmə" sisteminin və coğrafi informasiya platformasının qurulması planlaşdırılır.

Bu sistem sayəsində telekommunikasiya infrastrukturunun ətraflı xəritələndirilməsi həyata keçiriləcək, müvafiq məlumatların vahid strukturda toplanması və analiz edilməsi imkanı yaranacaq.

Layihənin 2026-ci ilin sonunadək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin onun tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən icra olunması planlaşdırılır. Layihənin reallaşdırılması nəticəsində sektorda şəffaflığın gücləndirilməsi, mövcud resurslardan daha məhsuldar istifadə edilməsi və perspektiv infrastruktur layihələrinin planlaşdırılması prosesinin sadələşdirilməsi gözlənilir.

Seçilən
6
1
far.az

2Mənbələr