AZ

Mingəçevir su anbarında suyun səviyyəsi yüksəlib, Kür çayına buraxılan həcm artırılıb

MİNGƏÇEVİR, 9 aprel. TELEQRAF

Son bir həftə ərzində Mingəçevir su anbarında suyun səviyyəsi 30 santimetr artıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, su anbarında suyun səviyyəsi 79 metr 92 santimetr həddinə çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 metr yüksəkdir.

Anbarda su səviyyəsinin stabil saxlanılması məqsədilə Kür çayına buraxılan suyun həcmi də tələblərə uyğun şəkildə artırılıb.

Bununla belə, Kür çayının səviyyə həddində gündəlik2-3 santimetrlik dəyişiklik istisna olmaqla ciddi yüksəliş müşahidə olunmur. Yalnız Qanıx çayında son sutka ərzində suötürücülük imkanları 4kubmetr artaraq saniyədə 200 kubmetr təşkil edib.

Seçilən
13
2
teleqraf.com

3Mənbələr