AZ

Mingəçevir su anbarında suyun səviyyəsi yüksəlib, Kür çayına buraxılan həcm artırılıb

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Son bir həftə ərzində Mingəçevir su anbarında suyun səviyyəsi 30 santimetr artıb.

Moderator.az xəbər verir ki, su anbarında suyun səviyyəsi 79 metr 92 santimetr həddinə çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 metr yüksəkdir.

Anbarda su səviyyəsinin stabil saxlanılması məqsədilə Kür çayına buraxılan suyun həcmi də tələblərə uyğun şəkildə artırılıb.

Bununla belə, Kür çayının səviyyə həddində gündəlik 2-3 santimetrlik dəyişiklik istisna olmaqla ciddi yüksəliş müşahidə olunmur.

Yalnız Mingəçevir su anbarına tökülən Qanıx çayında son sutka ərzində su ötürücülük imkanları 4 kubmetr artaraq saniyədə 200 kubmetr təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
moderator.az

3Mənbələr