AZ

Bakıda 46-cı il öncə ölən qadın pensiya alanda “dirildi” - 70 yaşlı xanımın ağlasığmaz əməli

BAKI, 9 aprel. TELEQRAF

Bilə-bilə saxta sənəddən istifadə edərək dövlət sərhədini keçən 70 yaşlı qadın məsuliyyətə cəlb olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Aidə Əliyeva 1956-cı ildə anadan olsa da, 1961-ci ildə Bakıda dünyaya gəlmiş, lakin 1980-ci ildə vəfat etmiş Aidə Əzizovanın kimliyi və fərdi məlumatlarından istifadə edib.

O, 2003-cü ildə illər öncə vəfat edən qadınınşəxsiyyət vəsiqəsini əldə etdikdən sonra həmin sənəd əsasında ümumvətəndaş pasportunu dövri olaraq müvafiq qaydada yeniləyib.

Son olaraq isə 31 may 2018-ci ildə özünə məxsus biometrik fotoşəkli və əl-barmaq izləri əks olunmaqlaümumvətəndaş pasportunu əldə edib və 2025-ci ildə həmin pasportdakı məlumatların özünün məlumatları olduğunu bəyan etməklə saxtalaşdırıb. Nəticədə qadın Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyəyə gedib, daha sonra Azərbaycana qayıdıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş A.Əliyeva ifadəsində özünü qismən təqsirli bilərək deyib ki, 2000-ci ildə adını xatırlamadığı bir nəfər rus millətli adam tapıb və ona yəhudi milliyətindən olmaqla qeyri-qanuni şəxsiyyəti təsdiq edən sənəd düzəltməyi tapşırıb.

2000-ci ildə həmin adama “28 May” metrosu yaxınlığında yerləşən “Səməd Vurğun” parkında 5000 manat pul verib. Bir müddət sonra həmin adam ona arxivdən götürdüyü bir pasportun surətini eyni yerdə təqdim edib. Həmin adam bildirib ki, Aidə Əzizova 10 ildən çoxdur rəhmətə gedib, ata-anası yoxdur, milli mənsubiyyəti də yəhudidir.

Qadın ondan sənədləri əldə etdikdən sonra özünə Aidə Əliyeva adına ümumvətəndaş pasportu alıb, daha sonra isə sənədlərini Bakı şəhərində yerləşən Almaniya səfirliyinə təqdim edib. Almaniya dövlətində daimi yaşamaq barədə icazə verilməsi üçün müraciət edən qadın 2005-ci ildə istəyinə çatıb. 2005-ci ildə əri və övladları ilə Almaniyanın Nürnberq şəhərinə, daha sonra da Auzburqa yollanıb. Burada ona və ailəsinə müvəqqəti yaşamağa ev, aylıq təqaüd verilməyə başlanıb.

2024-cü ildə yenidən Azərbaycana qayıdanda isə qadının yaşa görə təqaüd almaq hüququ yaranıb. 2025-ci ildə 5 saylı “ASAN xidmət” mərkəzinə müraciət edib və orada olan zaman onun Aidə Əliyeva adı ilə saxta sənədinin olması aşkar olunub.

Qadın etdiyi əməldən peşman olduğunu bildirib. Məhkəmənin qərarına əsasən, Aidə Əliyeva 2000 manat cərimələnib.

Seçilən
25
4
teleqraf.com

6Mənbələr