AZ

SON DƏQİQƏ: Tramp bu ölkələri cəzalandırmaq QƏRARI VERDİ KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

ABŞ administrasiyası bəzi NATO üzvlərinə qarşı tədbirlər görməyi nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, təklif olunan plana əsasən, ABŞ İranla müharibə zamanı Vaşinqton və İsrailə kifayət qədər dəstək vermədiyi hesab edilən NATO ölkələrindən öz hərbi qüvvələrini çıxara bilər.

Qəzet yazır ki, ABŞ prezidenti Donald Trampın administrasiyası alyans daxilində “yetərincə faydalı olmayan” ölkələrə qarşı bu cür addımları müzakirə edir.

Hazırda planın detalları və hansı ölkələrin bu siyahıya düşə biləcəyi açıqlanmayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
konkret.az

2Mənbələr