AZ

Daşkənddəki beynəlxalq konfransda Əmir Teymurun dünya elminə və mədəniyyətinə töhfəsi müzakirə edilib

Özbəkistanda Əmir Teymurun anadan olmasının 690 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın plenar iclasının birinci hissəsi başa çatıb.

"Far.Az"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, iclasda beynəlxalq təşkilatların, elmi mərkəzlərin və akademik ictimaiyyətin nümayəndələri çıxış edərək Əmir Teymur irsinin və o dövrün dünya sivilizasiyası üçün əhəmiyyətini vurğulayıblar.

TÜRKSOY-un Baş katibi Sultan Rayev qeyd edib ki, Özbəkistan tarixən Böyük İpək Yolunun mərkəzində yerləşib və dünya sivilizasiyasının formalaşmasında mühüm rol oynayıb: "Biz bu irsi diqqətlə qorumalı və gələcək nəsillərə ötürməliyik. Böyük Teymurun irsi əbədi yaşayacaq".

"Oxford Centre for Islamic Studies"in sədri, professor Fərhan Nizami çıxışında beynəlxalq akademik əməkdaşlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, mərkəz uzun illərdir regionun elmi qurumları ilə əməkdaşlıq edir və İmam Buxari adına təqaüdlər daxil olmaqla birgə proqramlar həyata keçirir.

Onun sözlərinə görə, sivilizasiya irsinin öyrənilməsi mədəniyyətlər arasında daha yaxşı qarşılıqlı anlaşmaya kömək edir.

Xəbər yenilənir

Seçilən
31
far.az

1Mənbələr