AZ

Milyonçuluqdan çox uzağıq Deputat Sabir Hacıyev

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Deputat Sabir Hacıyev “Qaranlıqda həqiqət” yutub layihəsində şəxsi həyatı, karyerası və biznes fəaliyyəti haqqında danışıb.

Redaktor.az xəbər verir ki, o, heç bir özəl obyekti və iş fəaliyyətinin olmadığını bildirib:

“20 ilə yaxındır ki, bir bölgənin deputatıyam, lakin orada 1 kvadratmetr torpağım belə yoxdur. Heç bir iş qurmamışam. Ümumiyyətlə, bizim qanunvericiliyə görə, millət vəkili heç bir bizneslə məşğul ola bilməz. Bəlkə də bu nadir haldır ki, özəl obyektim və öz adıma olan heç nəyim yoxdur. Hətta övladlarımın da. Həyatımı oların təhsili və tərbiyəsinə həsr etmişəm. Həqiqətən bacarıqlı və biliklidirlər. Doğrudur, böyük övladımın öz şəxsi biznesi var. O da çox kiçik bir şeydir. Milyonçuluqdan çox uzağıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
redaktor.az

3Mənbələr