AZ

TTKF: 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Təhsil Tələbə Krediti Fondu hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilmiş və ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılmışdır.

XQ xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib. O, qeyd edib ki, təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır. Dövlətimizin yaratdığı bu imkanlar tələbələrimizin arzuladıqları ixtisası seçmələrinə və yüksək akademik göstəricilər əldə edərək müvafiq güzəştlərdən yararlanmalarına dəstəkdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
xalqqazeti.az

10Mənbələr