AZ

“Təəssüf ki, daha bir qol vura bilmədik” – Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Liverpul” üzərində qazandığı 2:0 hesablı qələbəni şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, o, komandasının nəticəyə layiq olduğunu bildirib:

“Düşünürəm ki, bu nəticəyə layiq idik. Çox çətin və gərgin oyun oldu, xüsusilə ilk hissədə. İkinci hissədə isə çoxlu qol epizodları yaratdıq. Təəssüf ki, daha bir qol vura bilmədik. Amma bu futboldur və bunu qəbul etmək lazımdır. Stadiondakı atmosfer inanılmaz idi. Hesab edirəm ki, azarkeşlərimizin gözləntilərini doğrultduq və bu, çox çətindir. İndi isə bu qələbədən zövq almaq, bərpa olunmaq və Liverpuldakı növbəti oyun barədə düşünmək vaxtıdır”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 14-də Enfild stadionunda keçiriləcək.

Seçilən
23
idmanxeber.az

1Mənbələr