AZ

Azərbaycanda ali təhsil müəssisəsi 7 vəzifəyə işçi axtarır - SİYAHI

Azərbaycanda ali təhsil müəssisəsi bir sıra vəzifələrə işçi axtarır.

Ölkə.Az-ın məlumatına görə, Azərbaycan İdman Akademiyası aşağıdakı fakültə dekanı, professor-müəllim vəzifələrinə müsabiqə elan ediB.

Fiziki tərbiyə fakültəsi - Dekan – 1 ştat.
İdman fakültəsi - Dekan – 1 ştat.
Sağlamlıq və menecment fakültəsi - Dekan – 1 ştat.
Menecment və ümumi fənlər kafedrası - Ali riyaziyyat fənni üzrə baş müəllim – 1 ştat, xarici dildə (ingilis dili) işgüzar və akademik kommunikasiya fənni üzrə baş müəllim – 2 ştat.
Komanda idman növləri kafedrası - Həndbol ixtisası üzrə dosent – 1 ştat.

Sənədlər müsabiqə elan olunduğu gündən bir ay ərzində təqdim edilə bilər.

Vəzifə tələbləri ilə bağlı ətraflı məlumat almaq üçün (012)-564-33-75 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.

Billurə

Seçilən
11
1
olke.az

2Mənbələr