AZ

“Yaşıl” enerji Litva ilə Azərbaycan münasibətlərində mühüm rol oynaya bilər - Baş nazir (ÖZƏL)

Bakı. Trend:

“Yaşıl” enerji Litva ilə Azərbaycan arasında münasibətlərinmühüm əlavə sütununa çevrilə bilər.

Bunu Trendözəlmüsahibəsində Bakı səfəri çərçivəsində Litvanın Baş naziri İnqaRuqinene bildirib.

Baş nazir bildirib ki, ölkəsi enerji əməkdaşlığınıngenişləndirilməsi üçün böyük perspektivlər görür.

“Azərbaycan Avropa üçün mühüm və etibarlı enerji tərəfdaşınaçevrilib, xüsusilə də tədarük marşrutlarının şaxələndirilməsi vəzəif nöqtələrin azaldılması strateji əhəmiyyət kəsb etdiyi birvaxtda. Litva üçün enerji təhlükəsizliyi mücərrəd anlayış deyil –bu, birbaşa suverenlik, dayanıqlılıq və geosiyasi təzyiqlərə qarşıdurmaq qabiliyyətimizlə bağlıdır. Eyni zamanda hesab edirik ki,əməkdaşlığın növbəti mərhələsi getdikcə daha çox “yaşıl keçid”iəhatə etməlidir.

Litva təkcə ənənəvi enerji təhlükəsizliyi ilə deyil, həm dəAvropanın enerji sistemlərinin uzunmüddətli transformasiyası iləmaraqlıdır. Litva şirkətləri günəş enerjisi, təmiz texnologiyalar,rəqəmsal sistemlər, su resurslarının idarə olunması və dayanıqlıinfrastruktur və enerji səmərəliliyi ilə bağlı digər sahələrdəhəllər təklif edə bilərlər. Biz hər iki istiqamətdə - Azərbaycanlahəm bugünkü enerji qarşılıqlı əlaqələrinin gücləndirilməsi, həm dəgələcək üçün daha təmiz həllərə investisiya qoyuluşu istiqamətindəəməkdaşlığın dəyərini görürük. Bu, enerji təhlükəsizliyi, iqtisadirəqabətədavamlılığın və iqlim hədəflərinin getdikcə daha çoxqarşılıqlı əlaqəli olduğu bir dünyada xüsusilə аktualdır.Fikrimizcə, “yaşıl” enerji sahəsində əməkdaşlıq Litva iləAzərbaycan münasibətlərinin mühüm əlavə sütununa çevrilə bilər”, –deyə Ruqinene əlavə edib.

Məqalədə:
Seçilən
31
az.trend.az

1Mənbələr