GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ankaranın Çankaya rayonundakı 84-cü küçənin adı Prof. Dr. İlber Ortaylı küçəsi olaraq dəyişdirilib.
Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə Ankara Böyükşəhər Bələdiyyəsi qərar qəbul edib.
Bələdiyyə məclisinin aprel ayı keçirilən ilk iclasında ötən ay müalicə aldığı xəstəxanada vəfat edən tarixçi və yazıçı yad edilib. Çankaya rayonunun Yücetepe məhəlləsindəki 84-cü küçəyə İlber Ortaylının adının verilməsi ilə bağlı AK Partiya, MHP və CHP məclis üzvlərinin birgə təklifi müzakirə olunub.
Küçənin adının “Prof. Dr. İlber Ortaylı Küçəsi” olaraq dəyişdirilməsi təklifi iclasda iştirak edən 110 üzvün hamısı tərəfindən yekdilliklə qəbul edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.