AZ

Bu küçəyə İlber Ortaylının adı verildi

Ankaranın Çankaya rayonundakı 84-cü küçənin adı Prof. Dr. İlber Ortaylı küçəsi olaraq dəyişdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ankara Böyükşəhər Bələdiyyəsi qərar qəbul edib. 

Bələdiyyə məclisinin aprel ayı keçirilən ilk iclasında ötən ay müalicə aldığı xəstəxanada vəfat edən tarixçi və yazıçı yad edilib. Çankaya rayonunun Yücetepe məhəlləsindəki 84-cü küçəyə İlber Ortaylının adının verilməsi ilə bağlı AK Partiya, MHP və CHP məclis üzvlərinin birgə təklifi müzakirə olunub. 

Küçənin adının "Prof. Dr. İlber Ortaylı Küçəsi" olaraq dəyişdirilməsi təklifi iclasda iştirak edən 110 üzvün hamısı tərəfindən yekdilliklə qəbul edilib.

Seçilən
0
1
ikisahil.az

2Mənbələr