AZ

Azərbaycanda gömrükdə malların buraxılışı üçün yeni mexanizm tətbiq ediləcək

2026-cı ildə Azərbaycanda gömrükdə malların ikipilləli buraxılışı mümkün olacaq.

Publika.az Trend-ə istinadən xəbər5 verir ki, ilin sonunadək bununla bağlı normativ hüquqi baza hazırlanacaq.

Belə ki, Dövlət Gömrük Komitəsi 2026-cı il dekabrın 1-dək saxlanc xərclərinin azaldılması və malların istehlakçıya daha sürətli şəkildə çatdırılması nəticəsində biznes proseslərin çevikliyinin artırılmasına şərait yaradacaq malların ikipilləli buraxılışına dair normativ hüquqi bazanın hazırlanmasını başa çatdırmalıdır.

Qeyd edək ki, malların ikipilləli buraxılış sisteminin tətbiqi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini tapıb.

Seçilən
21
3
publika.az

6Mənbələr