AZ

Trampdan ŞOK: “ABŞ ordusu Yaxın Şərqdə qalacaq və müharibə davam edəcək”

ABŞ prezidenti Donald Tramp İrana və Yaxın Şərqə dair yeni açıqlama verib.

KONKRET.az xəbər verir ki, O, “Truth Social” platformasında yazıb ki, ABŞ Silahlı Qüvvələri “zəiflədilmiş düşməni məhv etmək üçün lazım olan bütün vasitələrlə” bölgədə qalmağa davam edəcək və bu, “real razılaşma” tam yerinə yetirilənə qədər qüvvədə qalacaq.

ABŞ lideri əlavə edib ki, əsas məqsədlərdən biri bölgədə nüvə silahının olmaması və Hörmüz boğazının açıq və təhlükəsiz qalmasıdır.

O, bildirib ki, bu məsələlər artıq əvvəlcədən razılaşdırılıb, baxmayaraq ki, əksini iddia edən açıqlamalar səsləndirilir.

Xatırladaq ki, aprelin 8-nə keçən gecə Tramp ABŞ-ın İranla iki həftəlik atəşkəsə razı olduğunu açıqlamışdı. Şərtlərə görə, İran Hörmüz boğazını tam açmalıdır. Trampın sözlərinə görə, Vaşinqton Tehrandan 10 maddədən ibarət təklif alıb və bu sənəd danışıqlar üçün əsas ola bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
13
konkret.az

1Mənbələr