AZ

Paytaxtda 72 kiloqram narkotik dövriyyədən çıxarılıb: 6 narkokuryer ələ keçib

Bakı. Trend:

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindənnarkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.Tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəlibilinən 31 yaşlı Saleh Soltanovdan 14 kiloqram 240 qram tiryək vəmarixuana, 46 yaşlı Eldəniz Bağırovdan 17 kiloqram 350 qrammarixuana, 200 ədəd metadon həbi, 22 yaşlı Nicat Hüseynov və onuntanışı 31 yaşlı Zeynalxan Süleymanovdan 18 kiloqram 620 qrammarixuana, 43 yaşlı Rauf Ələsgərov və 28 yaşlı Baba Əzizovdan isə22 kiloqram həşiş qətranı, tiryək, marixuana aşkarlanıb.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 72kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədənçıxarılıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdətanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İranvətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisindədövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağıplanlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hərbiri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiriseçilib.

Qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində Nəsimi RPİ-ninəməkdaşları tərəfindən 156 kiloqram müxtəlif növ narkotik vasitə vəpsixotrop maddə, eləcə də 2 min ədəd metadon həbi qanunsuzdövriyyədən çıxarılıb.

Seçilən
22
37
az.trend.az

10Mənbələr