AZ

Tramp NATO daxilində Qrenlandiya məsələsi üzrə fikir ayrılıqlarının olduğunu deyib

ABŞ Prezidenti Donald Tramp NATO baş katibi Mark Rütte ilə görüşdən sonra alyans daxilində Qrenlandiya məsələsi üzrə fikir ayrılıqlarını xatırladıb.

APA xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında paylaşım edib.

O bildirib ki, NATO lazım olduğu vaxt ABŞ-a kömək etməyib və gələcəkdə də eyni vəziyyətin təkrarlana biləcəyini qeyd edib.

Tramp Qrenlandiyanı “pis idarə olunan böyük buz parçası” kimi xarakterizə edib və bu mövzunun alyans daxilində ciddi ziddiyyətlərə səbəb olduğunu vurğulayıb.

ABŞ prezidenti daha əvvəl də NATO daxilində gərginliyin məhz Qrenlandiya məsələsindən başladığını bildirmişdi.

Seçilən
48
3
apa.az

4Mənbələr