ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşdükdən sonra alyansı tənqid edərək, təşkilatın lazım olduqda ona kömək etmədiyini bildirib.
Publika.az xəbər verir ki, Tramp Rutte ilə görüşdə sərt danışıb:
“NATO bizə lazım olanda orada deyildi və bir daha ehtiyac duyduğumuz zaman orada olmayacaqlar. Qrenlandiyanı, o nəhəng, pis idarə olunan buz örtüyünü xatırlayırsınız?”
Trampla görüşdən sonra Rutte ittifaqdan və onun tərəfdaşlarından məyus olduğunu etiraf edib.
"Aydındır ki, məyus oldum", - deyə blokun baş katibi Ağ Evdə Trampla görüşdükdən sonra onun müttəfiqlərinə münasibətini qiymətləndirərkən CNN-ə bildirib.