AZ

Doğum səviyyəsinin azalması məktəblərə təsir etdi

Fransanın Təhsil Nazirliyi yaxın onillikdə ölkədə məktəblilərin sayının əhəmiyyətli dərəcədə azalacağını açıqlayıb.

Publika.az xəbər verir ki, nazirliyin rəsmi proqnozlarına görə, 2035-ci ilə qədər şagirdlərin sayı 1 milyon 700 minə yaxın azalacaq ki, bu da hazırkı səviyyəyə nisbətən 14-15 faiz azalma deməkdir. Bu hal əsasən doğum səviyyəsinin azalması ilə əlaqələndirilir.

Nazirliyin proqnozlarına əsasən, növbəti tədris ilində ibtidai siniflərdə şagirdlərin sayında təxminən 125 min 400 nəfər azalma olacaq.

Seçilən
30
6
publika.az

7Mənbələr