AZ

Sabunçu və Binəqədinin bu əraziləri də qazsız qalacaq

Bu gün Bakının Sabunçu və Binəqədi rayonlarının bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq. SİA bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər regional Qaz İstismar İdarəsinə istinadən xəbər verir.

Məlumata əsasən, qaz xətlərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa-Gülçülük, Südçülük, Daş Karxanası və Subtropik Sovxoz ərazisinin, Binəqədi rayonu üzrə isə 7-ci mikrorayon, A.Kunanbayev, İ.Hacıyev və S.Axundov küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Mətləb

Seçilən
45
32
sia.az

10Mənbələr