AZ

Starmer Səudiyyə vəliəhdi ilə müdafiə əməkdaşlığının genişləndirilməsini müzakirə edib

BAKI, 9 aprel. TELEQRAF

Böyük Britaniyanın baş naziri Kir Starmer Səudiyyə Ərəbistanına səfəri çərçivəsində vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud ilə müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.

Teleqraf xəbər verir ki, görüş Ciddə şəhərində baş tutub.

Məlumata görə, Starmer atəşkəsi alqışlayaraq diqqətin onun qorunmasına və davamlı sülhə çevrilməsinə yönəldilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Hörmüz boğazının açılması istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib və Böyük Britaniyanın tərəfdaşlarla bu istiqamətdə koordinasiya apardığını bildirib.

Qeyd olunub ki, Britaniya hökuməti Səudiyyə Ərəbistanını etibarlı müttəfiq kimi dəstəkləmək niyyətindədir və bu çərçivədə ölkəyə “Sky Sabre” hava hücumundan müdafiə sistemi təqdim edib.

Bildirilib ki, Starmer səfər zamanı həmin sistemin idarə olunması üçün regiona göndərilmiş britaniyalı hərbçilərlə də görüşüb.

Görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, hərbi imkanların artırılması, eləcə də təhlükəsizlik, ticarət və investisiya əlaqələrinin gücləndirilməsi məsələlərini də müzakirə ediblər.

Seçilən
53
teleqraf.com

1Mənbələr