AZ

ÇL: "Atketiko"dan"Barsa"ya ağır zərbə, "Liverpul" isə Parisdən əliboş qayıdır

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha iki oyun baş tutub.

İspaniyada bu ölkənin iki təmsilçisi - "Barselona" və "Atletiko Madrid" qarşı-qarşıya gəlib. Qonaqlar inamlı qələbəyə seviniblər.

ÇL-in son qalibi olan Fransanın PSJ klubu isə İngiltərə çempionu "Liverpul"u doğma meydanda üstələməyi bacarıb.

Qeyd edək ki, ötən gün baş tutan oyunlarda səfər komandaları qələbəyə seviniblər. "Arsenal" "Sportinq"i üstələyib (1:0), "Bayern Münhen" isə "Real Madrid"dən güclü (2:1) olub.

1/4-in cavab oyunları aprelin 14-15-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
8 aprel

"Barselona" (İspaniya) - "Atletiko Madrid" (İspaniya) 0:2

Qollar: X.Alvares, 45. A.Sörlot, 70.

PSJ (Fransa) - "Liverpul" (İngiltərə) 2:0

Qollar: D.Due, 11. X.Kvaratsxeliya, 65.

Seçilən
6
2
fanat.az

3Mənbələr