AZ

Hörmüzdən neçə gəmi keçib?

İsrailin Livana hücumundan sonra Hörmüz boğazından neft tankerlərinin keçidi dayandırılıb. Metbuat.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, ABŞ və İran arasında müvəqqəti atəşkəsdən sonra gəmilər üçün yenidən açılacağı elan edilən Hörmüz boğazı bağlanıb. Məlumatda İsrailin Livana hücumu səbəbindən Hörmüz boğazından neft tankerlərinin keçidinin dayandırıldığı qeyd edilib. Həmçinin qeyd olunur ki, müvəqqəti atəşkəs əldə edildikdən sonra iki neft tankeri İranın icazəsi ilə Hörmüz boğazından təhlükəsiz şəkildə keçib.

Qeyd edək ki, ABŞ tərəfi atəşkəs sazişinə Livanın daxil edilmədiyini irəli sürüb. İran tərəfi isə Livana hücumun davam edəcəyi təqdirdə İsrailin hədəfə alınacağını elan edib.

Seçilən
22
metbuat.az

1Mənbələr